RU

Sürücü maşını əks yolla sürür, sərnişin isə kapotun içinə uzanıb mühərriki düzəldir ANBAAN VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Türkiyənin Düzcə şəhərində hər kəsi təəccübləndirən hadisə yaşanıb.

Avtosfer.az xəbər verir ki, ötən həftə baş verən olayda bir nəfər avtomobilin ön kapotuna oturaraq hərəkət halında olan maşının mühərrikinə nəsə püskürtməyə çalışıb. Hadisə digər sürücülər tərəfindən mobil telefon kamerasına çəkilərək sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə avtomobilin yolda sürətlə hərəkət etdiyi, həmin şəxsin isə təhlükəni nəzərə almadan kapot üzərində mühərrik qapağını açıb müxtəlif maye sıxmağa çalışdığı aydın görünür. Üstəlik, sürücü nəqliyyat vasitəsini əks istiqamətdə hərəkət üçün nəzərdə tutulan zolağın kənarı ilə sürücüb. Bu hal nəinki özünün, həm də ətrafdakı digər hərəkət iştirakçılarının həyatını riskə atıb.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
avtosfer.az

1Источники