RU

Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ - 6-9 saat davam edəcək...

Son günlərdə qeydə alınan günəş fəallığı nəticəsində Yer kürəsi güclü maqnit qasırğasının təsiri altına düşüb.

Musavat.com xəbər verir ki, bu hadisə son 3 ay ərzində qeydə alınan ən güclü günəş alovu kimi qiymətləndirilir.

Maqnit qasırğasının pik nöqtəsi geridə qalsa da, alimlərin fikrincə, maqnitosferdəki təsirlər 6-9 saat davam edəcək. Tam sabitləşmə isə yalnız həftənin sonunda - cümə axşamı və ya cümə günü gözlənilir.

Belə güclü maqnit fırtınaları gündəlik həyata birbaşa təsir göstərə bilir. İlk növbədə, meteohəssas insanlar bu prosesdən əziyyət çəkirlər: onlarda baş ağrısı, yuxusuzluq, halsızlıq, ürək döyüntülərinin sürətlənməsi və qan təzyiqində kəskin dəyişikliklər müşahidə oluna bilər. Həkimlər belə hallarda insanların özlərini qorumaq üçün bol maye qəbul etmələrini, gərgin fiziki işdən uzaq durmalarını və yuxu rejiminə əməl etmələrini tövsiyə edirlər.

Mütəxəssislərin fikrincə, yaxın aylarda günəş fəallığının artması mümkündür, çünki 2025-ci ildə Günəş özünün 11 illik fəallıq dövrünün pik nöqtəsinə yaxınlaşır. 

Musavat.com

Избранный
24
musavat.com

1Источники