Avropa İttifaqının bəzi ölkələri Rusiyadan turistlərin girişinə tam qadağa tətbiq olunmasının tərəfdarıdır. Bu barədə “Euractiv” məlumat yayıb.
Portal hansı ölkələrin tam qadağanı dəstəklədiyini dəqiqləşdirmir. Nəşrdə qeyd olunur ki, qərarın qəbul edilməsi üçün Aİ Şurasında səs çoxluğu lazımdır.
Hazırda bir çox Avropa ölkələri usiyalılara Şengen vizalarının verilməsi qaydalarını xeyli sərtləşdirib. Sanksiyaların 19-cu paketi çərçivəsində bütün Aİ ölkələri üçün rus vətəndaşlarına viza verilməsi ilə bağlı vahid qaydaların tətbiqi mümkündür. Həmçinin, rusiyalı diplomatların Şengen zonası daxilində hərəkətinə qadağa qoyulması da müzakirə olunur. Rusiya XİN cavab tədbirləri görməyə hazır olduğunu bildirib.