RU

“Neftçi”nin futbolçusu: “Qərarlar əleyhimizə olur”

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Limit aradan qalxdıqdan sonra rəqabət xeyli güclənib. Əvvəldən də mübarizə var idi, sadəcə yerli oyunçu limitinə görə bizə daha çox şans düşürdü. İndi isə hər bir fürsəti dəyərləndirmək üçün rəqabət mühitində daim hazır olmalıyıq”.

İdman.biz xəbər verir ki, bu fikirləri futbolinfo.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Elvin Camalov bildirib.

Təcrübəli müdafiəçi “Sabah”la oyunda iki xal itkisi yaşadıqlarını vurğulayıb: “Oyun əsasən bizim nəzarətimiz altında keçdi. Yetərincə hücumlarımız olsa da, epizodlardan yararlana bilmədik və hesab açılmadı. Nəticədə matç qolsuz bərabərliklə başa çatdı. Fikrimcə, bu gün xal qazanmamış, iki xal itirmiş olduq. Çünki startdan sonadək meydanda üstün tərəf biz idik. Penalti epizodu da var idi, amma qərar hakimin öhdəsindədir o, verməyi lazım bilmədi. Mən də baş məşqçimiz Samir Abasov kimi düşünürəm – əgər həmin vəziyyət əksinə olsaydı, yəqin ki, penalti təyin olunardı. Çünki top qapıya doğru açıq şəkildə yönəlmişdi. Təəssüf ki, analizlərdə də görürük ki, çox vaxt qərarlar bizim əleyhimizə olur”.

Camalov sonda bildirib ki, azarkeşlərin dəstəyi ilə bu durumu aradan qaldırmaq mümkündür: “Azarkeşlər bizdən həmişə ən yaxşı oyunu gözləyir. Bu gün bərabərə qalsaq da, özümüzü sanki məğlub olmuş kimi hiss edirik. Çünki azarkeşlər yalnız qələbə istəyir və biz bunu verə bilmədiyimiz üçün çox üzülürük. Amma inanıram ki, birlikdə toparlanaraq bu çətinliyi aradan qaldıracağıq. Bu mövsüm heyətimiz yenilənib və hər kəs bizdən turnir cədvəlində yuxarı pillələrdə olmağı gözləyir. Öz aramızda da tez-tez bu barədə danışırıq. Artıq iki oyundur ki, meydanda üstün olmağımıza baxmayaraq qol vura bilmirik. Bizə sadəcə bir qələbə lazımdır. Ondan sonra hər şey yoluna düşəcək”.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
icma.az

2Источники