RU

“Azərbaycan azad edilmiş ərazilərin bərpasının sürəti baxımından dünyada nadir nümunədir” DEPUTAT

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Hər halda son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır”.

Bu sözləri Prezident İlham Əliyev Kəlbəcərə qayıdan sakinlərlə görüşündə deyib.

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli vurğulayıb ki, Azərbaycanın işğalda olan bütün ərazilərinin azad edilməsi yalnız Ermənistanla deyil, həm də onun himayədarları və uzun illər bu oyunu müdafiə edən, regionda real dəyişiklikləri istəməyən, işğala haqq qazandıran qüvvələrlə Azərbaycanın mübarizəsini əks etdirir:

“Bu mübarizədən qalib çıxmaq Azərbaycanın iradəsini və qətiyyətini göstərir. Paralel olaraq, süverenliyin tam bərpası yalnız Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər çərçivəsində mümkündür və burada problemin köklü həlli dayanır. Separatizmin ləğvi və Azərbaycanın torpaqlarında sülh və təhlükəsizliyin bərpası bu prosesin mühüm komponentlərindəndir.

Ötən müharibələrə və sülh müqavilələrinə baxdıqda görürük ki, işğala son qoyan tərəfin bütün şərtləri heç vaxt tam yerinə yetirilməyib. Üçüncü qüvvələrin maraqları mütləq təmin olunub və proses uzadılıb. Bu baxımdan, Azərbaycanın əldə etdiyi qələbə tam, bütöv və şəriksiz bir qələbə kimi qiymətləndirilə bilər.Nəticə etibarilə, bu qələbə Azərbaycan liderinin və xalqının iradəsini əks etdirir”.

Deputat vurğulayıb ki, torpaqların işğaldan azad edilməsi və separatizmə son qoyulması Azərbaycan liderinin qətiyyətini, ordunun döyüş ruhunu və xalqın dəstəyini göstərir:

“Qayıdış prosesi də yenə bu iradənin və yaradıcı potensialın nümayişidir. Həyata keçirilən infrastruktur layihələri isə işğaldan azad edilmiş ərazilərdə quruculuq prosesinin sürətini göstərir. Müqayisə üçün, II Dünya müharibəsi sonrası Avropada həyata keçirilən bərpa işləri ilə müqayisədə bu proses daha sürətli irəliləyir”.

Elçin Mirzəbəyli əlavə edib ki, mahiyyət etibarilə, işğaldan azad edilmiş ərazilərin miqyası və sürəti baxımından Azərbaycan dünya üzrə nadir nümunələrdəndir.

O, hesab edir ki, bu, həm böyük güc, həm potensial, həm də vətənə sevgi tələb edən və dövlətin qüdrətini nümayiş etdirən bir prosesdir.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
icma.az

1Источники