RU

YAP Səbail rayon təşkilatında QHT-lərlə bağlı tədbir keçirilib

Bakı, 15 sentyabr, AZƏRTAC

"Konstitusiya və Suverenlik ili" çərçivəsində “Prezident İlham Əliyevin qlobal əhəmiyyətli xarici siyasətinin işıqlandırılmasında Qeyri Hökumət Təşkilatlarının (QHT) rolu” mövzusunda Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında Qeyri-Hökumət Təşkilatları ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev QHT-lərin cəmiyyətin inkişafındakı rolunu və ictimai təşkilatlarla əməkdaşlığın vacibliyini vurğulayıb, gələcəkdə daha sıx əlaqələrin qurulmasına dair fikirlərini bölüşüb.

M.Nağıyev bildirib ki, xüsusilə tarixi Qələbədən sonra ölkəmiz üçün yeni hədəflər müəyyənləşib və bir çox sahələrdə böyük irəliləyişlər əldə olunub. Azərbaycanın Prezident İlham Əliyevin liderliyi ilə beynəlxalq arenada da mövqeyi gücləndirilib, müxtəlif regionlarda siyasi və iqtisadi əlaqələri genişləndirilib. Xüsusilə, sülh prosesində ciddi addımlar atılıb. Vaşinqtonda imzalanan üçtərəfli Bəyannamə isə böyük tarixi nailiyyətdir.

Tədbirdə çıxış edən digər natiqlər də mövzunun əhəmiyyətindən danışıblar.

 

Избранный
17
3
azertag.az

4Источники