RU

Paşinyan tələbləri mərhələli şəkildə yerinə yetirməyə məcburdur Politoloq

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

 Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır

“Azərbaycanın sülh prosesi çərçivəsində Ermənistanın qarşısına qoyduğu tələblər bir-bir yerinə yetirilir”.

Bunu Ermənistan parlamentinin deputatı Kristina Vardanyan deyib.

Deputat Azərbaycanla yanaşı, Türkiyənin də münasibətlərin normallaşması üçün bir sıra tələblərinin olduğunu qeyd edib:

Vardanyan bu tələbləri aşağıdakı kimi sırlayıb:

- Azərbaycan Konstitusiyanın dəyişdirilməsini tələb etmişdi, artıq proses başlayıb.

- Türkiyə “erməni soyqırımı” məsələsinin beynəlxalq səviyyədə qaldırılmamasını tələb edib. İrəvan bunu bir kənara atıb.

- Türkiyə Ağrı dağı ilə bağlı addımların atılmasını tələb edib, artıq bununla bağlı kampaniya başlayıb. Ağrı ilə bağlı simvollar mümkün yerlərdən yığışdırılır.

- Azərbaycan ATƏT-in Minsk qrupunun buraxılmasını tələb edib. Bu məsələ də həllini tapıb.

- Azərbaycan sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsini tələb edib. Məsələ razılaşdırılıb.

- Azərbaycan Ermənistan ordusunun ixtisar edilməsini də tələb edib, həyata keçirilir.

Politoloq Samir Hümbətov Sherg.az-a deyib ki, Ermənistanda konstitusiyanın dəyişdirilməsi və sülhün imzalanması ilə bağlı müəyyən niyyətlər görünür:

"Lakin bu addımların tam həyata keçirildiyini demək hələlik mümkün deyil. Hər halda, Ermənistanın müəyyən addımlar atmaq istədiyi açıqdır. Amma bu ölkə sülh prosesini tam həyata keçirmək və qoyulan tələblərə tam əməl etmək imkanına malik deyil. Bu səbəbdən Ermənistana və mövcud hökumətə qarşı xaricdən və daxildən ciddi təzyiqlər ola bilər. Paşinyan bu addımları mərhələlərlə həyata keçirməyə məcburdur. O, hamısını birdən-birə edə bilməz. Əgər belə olsa, hakimiyyətdə ciddi risklər ortaya çıxardı. Bununla belə, müəyyən məsələlərdə irəliləyiş müşahidə olunur. Məsələn, uydurma "erməni soyqırımı" iddiasının aradan qaldırılması ilə bağlı Paşinyan açıqlama vermişdi. Bu məsələnin 1939-cu ilə qədər gündəmdə olmadığını, sonra isə öncəki hökumət tərəfindən Türkiyəyə qarşı istifadə edildiyini bildirmişdi. İndi isə həmin məsələ ilə bağlı ilk mərhələnin başladığı görünür".

Analitik əlavə edib ki, Ağrı dağı məsələsində də irəliləyiş müşahidə olunur:

"Məsələn, pasportlara vurulan möhürlərdə Ağrı dağının emblemi var idi. İndi bunun da tədricən aradan qaldırılmasına çalışırlar. Bütün bunlar müəyyən irəliləyiş kimi dəyərləndirilə bilər. Ermənistanın referendumla bağlı planları mövcuddur, amma hələlik real görünmür. Hökumət bütün işləri birdən-birə görə bilmir, çünki daxili və xarici təzyiqlər artır. Hələ ki, mövcud mərhələdə təzyiqlərin miqdarı artacaq, qonşu ölkələr də açıq şəkildə öz mövqelərini bildirirlər.

Bu baxımdan, Ermənistana öhdəlik düşür və müəyyən işləri görməli olacaq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
sherg.az

2Источники