"Kəlbəcərin işğalından sonra doğulmuşam. Mənim üçün Kəlbəcər valideynlərimin xatirələrindən ibarət idi. İndi mən doğma Kəlbəcərimdəyəm. Ən çox ona sevinirəm ki, köçkün adı üstümüzdən götürüldü".
Bunu APA-ya bu gün Kəlbəcərə köçən Elnurə Əliyevaya deyib.
O, gələcək planlarının Kəlbəcərlə bağlı olduğunu deyib: "Kimya mühəndisliyi üzrə magistr təhsili alıram. İnşallah, bitirdikdən sonra Kəlbəcərdə İstisu zavodunda çalışacam. Bütün planlarım bura ilə bağlıdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa arzulayıram. Cənab Prezidentimiz var olsun".