RU

Burada azərbaycanlılarla ermənilər mehriban yaşayır - Marneuli merliyinə namizədlə MÜSAHİBƏ

Gürcüstanda oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində ciddi aktivlik müşahidə olunur. Seçkilər zamanı həm paytaxt Tbilisidə, həm də 63 digər bələdiyyədə mer və sakrebulo (bələdiyyə məclisi) üzvləri müəyyən ediləcək.

Ötən ilin sonunda parlament seçki məcəlləsinə dəyişikliklər edərək majoritar yerlərin sayını artırıb. Tbilisi sakrebulo artıq 50 üzvdən ibarətdie, bunun yarısı proporsional, yarısı isə majoritar qaydada seçiləcək. Proporsional mandatlar üçün seçki baryeri 4 faiz müəyyən olunub, yəni bu həddi keçə bilməyən partiyaların nümayəndələri bələdiyyə üzvü seçilə bilməyəcək. Bu dəyişiklik müxalifət və Venesiya Komissiyası tərəfindən tənqid edilib. 

Hakim “Gürcü Arzusu” partiyası paytaxtda hazırkı mer Kaxa Kaladzeni üçüncü müddətə namizəd göstərib. Partiya həmçinin 63 bələdiyyənin hamısında mer namizədlərinin siyahısını təqdim edib.

Müxalif düşərgədə isə parçalanma müşahidə olunur. Ötən ilki parlament seçkilərin qanuna uyğun olmadığın iddia edən səkkiz partiya seçkiləri boykot edib. Buna baxmayaraq, “Lelo – Güclü Gürcüstan” və sabiq baş nazir Giorgi Qaxariyanın rəhbərlik etdiyi “Gürcüstan üçün” partiyaları seçkilərdə iştirak edəcək və bəzi dairələrdə birgə namizədlərlə çıxış edəcəklər. Seçki öncəsi Gürcüstan Prezidenti Mixail Kavelaşvili “Güclü Gürcüstan – Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib. 

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə oktyabrın 4-də keçiriləcək mer və bələdiyyə seçkilərini müşahidə etmək üçün Azərbaycana və digər dövlətlərə, eləcə də beynəlxalq təşkilatlara dəvət məktubu göndərib. Artıq siyasi partiyaların qeydiyyatı başa çatıb. Seçkilərdə istirak etmək üçün müraciət edən 14 siyasi partiyanın 12-si qeydiyyatdan keçib, onlara seçki öncəsi təbliğat və təşviqat kampaniyası aparmaq üçün şərait yaradılıb. 

Yalnız iki partiya seçkilərdə iştirak üçün namizədlərini təqdim etmədiklərinə görə, onların qeydiyyatı ləğv olunub.

Seçkilərdə 4 nəfər azərbaycanlı mer vəzifəsi uğrunda mübaizə aparacaq. Marneuli meri uğrunda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi Daur İsmayılov, “Lelo-güclü Gürcüstan” partiyasından Əsəd Əliyev və “Bizim Gürcüstan” partiyasından Əli Bədirov mübarizə aparacaqlar.

Bolnisi meri uğrunda “Lelo-güclü Gürcüstan” partiyasının namizədi Asəf Çıraqov mübarizə aparacaq. Bələdiyyə deputatı mandatı uğrunda isə mübarizə aparacaq azərbaycanlı namizədlərin sayı 100 nəfərə qədərdir. 

Modern.az Marneuli meri uğrunda mübarizə aparan azərbaycanlı namizəd Əli Bədirovla həmsöhbət olub.

- Namizədliyinizi irəli sürdüyünüz ərazidə azərbaycanlılar əhalinin neçə faizini təşkil edir?

- Marnueli bələdiyyəsində 80%-dən çox azərbaycanlının yaşadığını bilirik. Qalan əhalinin 5%-i ermənilər, 15%-ə yaxını isə  gürcülərdir. 

- Azərbaycanlılarla ermənilər arasında münasibətlər necədir?

-Sözün düzü, Gürcüstanda heç vaxt münasibətlər Ermənistan və Azərbaycandakı kimi olmayıb. Azərbaycanlılarla ermənilər arasında münasibət daha mülayim, sülh şəraitində olub. Təbii ki, orada müharibə olanda burada da iki millət arasında vəziyyət gərginləşə bilirdi. Hazırda hər kəsin layiq olduğu torpaqlara qovuşması və vəziyyətin mehriban olması burada daha da mehribanlıq yaradır. Onsuz da burada elə bir problem olmayıb. Sadəcə müharibə vaxtda iki millət arasında antipatiya olurdu. Hazırda normal, sakit yaşayırlar. Təbii ki, erməni kəndlərində azərbaycanlılar yoxdur. Hardasa 4 erməni kəndi var. Sadəcə Şuraveli kəndində ermənilərlə azərbaycanlılar bərabər yaşayırlar. Geridə qalan yerlərdə hərənin öz kəndi var. Qullarda da azərbaycanlılarla yanaşı biraz ermənilər yaşayır.

- Seçkilərin nəticəsi barədə düşüncələriniz maraqlıdır... Seçilmə şansınız nə qədərdir?

- Seçkilərdə əsas mübarizənin mənimlə iqtidar nümayəndəsi Daur İsmayılov arasında keçəcək deyə düşünürəm. Çünki üçüncü namizəd "Lelo-güclü Gürcüstan" partiyasındandır. O da təhsilsizdir, gürcü dilində heç salam sözünü də bilmir. Təbii ki, onu seçməzlər. Çünki gərək, ən azından dövlət dilini biləsən ki, merliyi bacarasan. O baxımdan əsas rəqabət mənimlə Daur arasında olacaq. Təbii ki, ikimizin də seçilmək şansı var. Mən deyə bilmərəm ki, mənim, yaxud Daurun seçiləcəyi dəqiqdir. Vəziyyət elə deyil. Çünki iqtidar partiyasının daxilində parçalanmalar var. Daurun namizədliyini istəməyənlər çox idi. Ona görə ki, iqtidar partiyasından namizəd olmaq istəyənlər kifayət qədəriydi. Daura qarşı iqtidar nümayəndələrindən də səs verənlərin olacağını düşünürəm. Çünki bizdə üç seçki - Mer seçkiləri, bələdiyyənin majoritar və proporsional seçkiləri olacaq. 3 namizədin yer aldığı bülletendə düşünürəm ki, “41”ə səs verənlər daha az olacaq. Majoritar və proporsionalda isə “41”in daha az səs toplayacağına proqnoz edirəm.

- Bələdiyyə ərazisində əsas problemlər nələrdir? Seçildiyiniz təqdirdə, hansı məsələləri prioritet  götürəcəksiniz?

- İş görmək istəyən icazə alıb ev, bina, yaxud obyekt tikmək istəyən şəxsin, təəssüf ki, ya güclü əlaqələri olmalı, ya da rüşvət ödəməlidir. Rüşvəti problem olaraq qiymətləndiririk. Rüşvət məsələnin gizli tərəfidir. Xalq tərəfindən çox dilə gətirilir. Yol problemi var. Bir çox yerlərdə içməli su, suvarma suları ilə bağlı problemlər mövcuddur.  İnsanlar əkinləri üçün sudan istifadə edə bilmirlər. Yeni tikilən hər bir binanın kanalizasiyasında problem yaranmış olur. Böyük ehtimalla, həmin binalar yaxşı yoxlanılmayıb. Meriya bu barədə də zəiflik göstərir. Başqa məncə, ədalətsiz konkruslar keçirilir. İşçilər düzgün seçilmir. Gərək, adam iqtidarın aqitatoru ola ki, sonradan işə düzələ bilsin. Bu da belə olmamalıdır. İşçilər iqtidar, müxalif və ya neytral olduğuna görə yox, biliyinə görə seçilməlidir. Seçiləcəyim təqdirdə bu problemləri aradan qaldırmağa çalışacam.

- İqtidarla müxalifət arasında son günlər qarşıdurmalar yaşanır. Səbəb nədir? Seçki vaxtı və sonra da qarşıdurmalar gözlənilirmi?

-Bəli, 4 oktyabrda seçki günüdür deyə müxalif partiyalar qarşıdurmalar yaratmağı planlaşdırırdı. Belə müxaliflərdən biri saxlanıldı. Düşünürəm ki, onun saxlanılması biraz qarşıdurmaların dozunu azaldacaq. Çox da bir şey olan deyil. "Gəlin aksiyada iştirak edək" deyənlərin düşünürəm ki, əksəriyyəti reallıqda mitinqə hazırlaşmır. Əl altından “9” nömrə müxalifət partiyasına kömək edənlər var. Hətta  bunların arasında iqtidara - “41” nömrəyə işləyənlər də mövcuddur. Aksiyaya az xalq yığacaqlarını düşünürəm. Çünki bunlar enerjilərini sözdə aksiyaya verirlər, amma bir əldən seçkidə nə yığsaq, işdir deyirlər. Ona görə də aksiya təşkilatçılarının səmimi olduqlarını düşünmürəm. Məcbur bu aksiyanı təşkil edirlər ki, gündəmdən seçkini salsınlar. Söhbət seçkidə iştirak etməyən müxalifətdən gedir. Çünki seçkidə iştirak edən siyasi partiyalar önümüzdəki 3 həftə ərzində seçki ilə məşğul olacaq, seçiciləri ilə görüşəcəklər. Seçkidə iştirak etməyənlər, məcbur siyasi arenada görünmək üçün aksiy planlaşdırırlar. Saxlanılmağa da razıdırlar.  Məsələ müxalifətdə lider kimi görsənə bilməkdir. Yoxsa qanunsuz çeviriliş etməyə ümidləri yoxdur. Bu parlament yox, yerli seçkidir, aksiyalar keçirməyin özü mənasızdır. Hətta yerli seçkilərdə Saakaşvilinin gəlməyi belə düzgün addım deyildi. Hakimiyyətin dəyişilib-dəyişilməməsi ilə nə əlaqə var?

- Ədalətli seçki gözləyirsiniz?

- Şans var. İqtidarın saxtlaşdırmalara hazırlaşdığı ilə bağlı məlumatlatlar eşidirik. İqtidar nümayəndələrinin qanuni-qanunsuz qələbə qazanacaqlarını vurğulayırlar. Amma bunun qarşısını almağa çalışacağıq. İnşallah,  saxtalaşmanın qarşısını almağı bacaracağıq. Və ya çalışacağıq ki, iqtidar namizədi birinci turda qazanıb, bələdiyyəyə sadəcə öz partiyasından olan deputatları içəri sala bilməsin. Biz düşünürük ki, "5" nömrə - “Bizim Gürcüstan” partiyası olaraq bələdiyyəyə də girəcəyik, merlikdə də güclü rəqabət aparacağıq.

Избранный
19
1
modern.az

2Источники