İsrailin baş naziri Benyamin Netanyahu öz ərazilərində terrorçulara sığınacaq verən ölkələrin suverenliyini rədd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bunu mətbuat konfransında İsrail Hərbi Hava Qüvvələrinin Qətərə endirdiyi zərbəni şərh edərkən deyib.
"Beynəlxalq hüquqa görə, hər bir ölkənin öz vətəndaşlarını qətlə yetirənlərə qarşı sərhədlərindən kənarda özünü müdafiə etmək hüququ var. İsrail bunu rəhbər tuturdu", - Netanyahu vurğulayıb.