Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona Polşada PUA insidenti ilə əlaqədar yazılı demarş təqdim edilib...
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstan XİN-in bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Bolqarıstan hökuməti Polşanın hava məkanının pozulmasını pisləyir və öz müttəfiqi və tərəfdaşı ilə həmrəyliyini ifadə edir.
Diplomatik idarə sentyabrın 13-də Rusiya PUA-sı tərəfindən Rumıniyanın hava məkanının pozulması ilə bağlı insidenti də analoji şəkildə şərh edib.
E.Mitrofanovanın sözlərinə görə, keçirilən görüşdə o bildirib ki, RF Müdafiə Nazirliyi Polşada Rusiya PUA-larının olmasını rəsmən təkzib edib, çünki qeyd olunan aparatların fiziki olaraq 700 kilometrdən artıq məsafəni qət edə bilməsi qeyri-mümkündür, həmçinin qarşıya Polşa ərazisində hədəflərin vurulması ilə bağlı heç bir tapşırıq qoyulmayıb.
Poliqon.info