RU

Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl bölgələrindən birinə çevrilir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Otuz illik işğal dövründə tamamilə yerlə-yeksan edilmiş Qarabağvə Şərqi Zəngəzur son beş ildə yeni inkişaf dövrünü yaşayır. Dövlətbaşçısı İlham Əliyev Azərbaycanın hərbi-siyasi qələbəsinin,Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci iltarixli üçtərəfli Bəyanatın imzalanması ilə bağlı xalqamüraciətində bu çağırışı etmişdi ki, məcburi köçkünlər yaxşıbilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün bizəlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqlarıyenidən quracağıq.

Həmin müraciətdən ötən beş ilə yaxın dövrün reallıqları buhədəfin artıq gerçək olduğunu təsdiqləyir. Keçmiş məcburiköçkünlərin doğma torpaqlarına qayıtması, orada yüksək yaşayışşəraitinin təmin edilməsi üçün genişmiqyaslı bərpa-quruculuq işlərihəyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ vəŞərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, müasirinfrastruktur layihələri icra olunur, yeni yollar salınır, istehsalmüəssisələri yaradılır, soydaşlarımızın məşğulluğunun təminedilməsi üçün lazım olan bütün zəruri tədbirlər görülür,mərhələ-mərhələ bu torpaqlara qayıdış gerçəkləşdirilir. HazırdaQarabağ və Şərqi Zəngəzurda buraya köçürülən keçmiş məcburiköçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasındaçalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidmətivəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə,təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrindəişləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla,ümumilikdə, 50 mindən çox insan yaşayır. 30 il xalqımız bu günləriböyük səbirsizliklə gözləyirdi. Ərazi bütövlüyümüzün vəsuverenliyimizin tam bərpasından sonra artıq bu reallıqlarınşahidiyik. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarındabildirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinkiAzərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq.Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir vəeyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Eləbir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlıbununla fəxr edəcək.

Trendxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı VüqarRəhimzadə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, hazırda işğaldan azad edilmişərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davametdirilir.

Bütün işləri öz daxili imkanları hesabına həyata keçirəndövlətimizin əsas hədəfi Böyük Qayıdış Proqramının icrasınınbirinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün butorpaqlara qayıdışına nail olmaqdır. İşğaldan azad edilmişərazilərdə həyata keçirilən genişmiqyaslı işlər içərisindəinfrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Çünkiinfrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldanazad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadəedilməsində, həm də bu torpaqlara qayıdacaq insanların normal həyatşəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq. Bu torpaqlardaüç Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi azadolunmuş ərazilərin strateji əhəmiyyətinin təsdiqində mühüm roloynayır. Bu il azad Qarabağın həyatında mühüm hadisələrdən biriLaçın Beynəlxalq Hava Limanının açılışı oldu. Bu hava limanlarıQarabağa və Şərqi Zəngəzura gediş-gəlişin asanlaşmasındaəhəmiyyətli rol oynayır. Həmçinin bu torpaqlarımız böyük turizmpotensialına malikdir. Azad edilmiş ərazilərimizin yaxın zamanlardaböyük investisilyar məkanına çevriləcəyi qaçılmazdır. Hər birərazinin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etməkəsas prioritetlər sırasındadır. Dövlət başçısı İlham ƏliyevinFərmanı ilə tarixi Zəfərimizin reallıqları əsasında iqtisadirayonların yeni bölgüsünün həyata keçirilməsi, həmçinin “Azərbaycan2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”intəsdiqlənməsində də məqsədlərdən biri də məhz budur.

Vüqar Rəhimzadə tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin 20sentyabr tarixində suverenliyimizin tam bərpası ilə Azərbaycanınyeni dövrə qədəm qoyduğunu xüsusi vurğulayaraq bildirib ki, son ikiildə Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin dirçəldilməsiistiqamətində atılan addımların miqyasının genişliyisoydaşlarımızın bu torpaqlara qayıdışında da özünün aydın ifadəsinitapır. Bunun üçün dövlət başçısı İlham Əliyevin sentyabrın 14-dəXocalı, Xocavənd rayonlarına, Xankəndi şəhərinə səfəri çərçivəsindəaçılışında və təməlqoyma mərasimində iştirak etdiyi, həmçiningörülən işlərlə tanış olduğu obyektlərin say tərkibinə diqqətyetirmək kifayətdir. Belə ki, Prezident İlham Əliyev Xocavəndrayonunun Hadrut qəsəbəsində oldu, həmçinin qəsəbədə inşa olunmuşməscidin açılışında iştirak etdi. Qeyd edək ki, bu məscidintəməlini dövlətimizin başçısı İlham Əliyev 2021-ci ilin oktyabrındaqoyub. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycandövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindəndağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası,həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlərgörülür. Dövlət başçısı Xocavənd rayonunun Sos kəndində də oldu.İndiyədək 10 ailə kəndə qayıdıb. Ölkə Prezidenti Xocavənd rayonununQırmızı Bazar qəsəbəsində, Xocalı rayonunun Şuşakənd, Seyidbəyli,Daşbulaq, Badara kəndlərində oldu, Badara kəndində Badara,Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü.Səfər çərçivəsində dövlətimizin başçısı Xankəndi şəhərində QarabağUniversitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmlərifakültəsinin tədris korpusunun açılışında iştirak etdi. QarabağUniversitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıqelmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarınauyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətindəatılmış mühüm addımlardandır. Digər tərəfdən, klinikada həyatakeçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademiknüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdətibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eynizamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağınıartıracaq.

Milli Məclisin deputatı vurğulayıb ki, dövlət başçısı İlhamƏliyevin azad edilmiş ərazilərimizə səfərinin qürurvericiməqamlarından biri də bu ərazilərə qayıdan sakinlərlə görüşü, buməkanlardan dünənimizə baxış əsasında bu günümüz və gələcəyimizləbağlı çağırışların səsləndirilməsidir. Bu baxımdan Prezident İlhamƏliyevin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində QırmızıBazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşü dədiqqətdə oldu. “Doğrudan da tarixi günlər yaşayırıq” söyləyənMüzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bildirdi ki, buərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bugünlərdə - sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa sonqoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tamsuverenliyini bərpa etdi. Böyük Qayıdış Proqramı da uğurla icraedilir. Biz təqribən iki aydan sonra tarixi Zəfərimizin beşillikyubileyini qeyd edəcəyik. Son beş ilin tarixi Zəfər tarixidir,şanlı tariximizdir. Artıq Azərbaycan xalqı bundan sonra sülh içindəyaşayacaq. Dövlətimizin başçısı bu məqamı da qeyd etdi ki, ammasülh şəraitində yaşamaq üçün əlbəttə ki, güc lazım idi. Uzun illərçalışırdıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. AncaqErmənistan tərəfi, onun arxasında duranlar başqa fikirdə idilər.Yəni, onlar torpağımızı geri qaytarmaq fikrində deyildilər. Onlarvə onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri onlaraürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər.Amma bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqınıniradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərininşücaəti, qəhrəmanlığı və xalqımızın birliyidir.

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevinsakinlərlə görüşündə səsləndirdiyi “Bu gün biz bu gözəl Qarabağdiyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir vəgənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütündünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüşmeydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik”çağırışı Azərbaycanın ədalətə və beynəlxaq hüquqa söykənənsiyasətinin uğurlarının təqdimatı oldu. Bu gün Azərbaycanın sülhgündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimitanınması, nüfuz qazanması, Vaşinqton zəfəri ilə dünyanındiqqətində olması özündə mühüm məqamları ehtiva edir. Azərbaycanhər zaman sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olub.Hazırda imzalanması qaçılmaz olan sülh müqaviləsinin müəllifi dəAzərbaycandır. Prezident İlham Əliyev bu reallığı da bəyan etdi ki,son beş ilin tarixi heç bir xarici qüvvənin bizim iradəmizə təsiredə bilmədiyini göstərdi. Çünki bizim işimiz haqq işidir.

Məqalədə:
Избранный
1
6
az.trend.az

7Источники