Antalyanın Qazipaşa rayonunda ağır yol qəzası baş verib. Hadisə rayonun Çığlık məhəlləsi, Yarcakmuar yayla yolunda qeydə alınıb.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, 70 yaşlı Mevlüt Gökmənin idarə etdiyi yük maşını naməlum səbəbdən yoldan çıxaraq təxminən 60 metr dərinlikdəki uçuruma yuvarlanıb.
Qəzanı görən sakinlərin məlumatı əsasında əraziyə təcili yardım, yanğınsöndürən və jandarma əməkdaşları cəlb olunub. Dik yamacda yerləşən qəzaya uğramış nəqliyyat vasitəsinə çatmaq xeyli vaxt aparıb.
Araşdırma nəticəsində, sürücü Mevlüt Gökmənin hadisə yerində həyatını itirdiyi müəyyənləşdirilib. Qəza zamanı onun avtomobildə tək olduğu bildirilib.
Növbətçi Respublika prokurorunun araşdırmasından sonra mərhumun meyiti böyük çətinliklə uçurumdan çıxarılaraq Qazipaşa Dövlət Xəstəxanasının morquna aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.(Sonxeber)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта