RU

HƏMAS ın İsrailə qarşı beynəlxalq alyans yaratmaq çağırışı nəticə verə bilərmi? ŞƏRH

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Fələstinin HƏMAS hərəkatı islam ölkələrini İsrailə qarşı təzyiq göstərmək üçün beynəlxalq alyans yaratmağa çağırıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirdi ki, HƏMAS-ın islam ölkələrini İsrailə qarşı beynəlxalq alyans yaratmağa çağırması bölgədə yeni siyasi proseslərin inkişafına işarə etsə də, hərəkatın fəaliyyəti və bəzi taktiki addımları da tənqid obyektinə çevrilir:

"HƏMAS-ın silahlı mübarizə və bəzən mülki əhaliyə qarşı yönələn əməliyyatları regional sülhə və dialoqa mənfi təsir göstərə bilər. Belə addımlar həmçinin regionda mövcud gərginliyi artıraraq mülki əhali arasında humanitar vəziyyətin pisləşməsinə səbəb olur. Hərəkatın çağırışı beynəlxalq əməkdaşlıq, təzyiq üçün bir təşəbbüs kimi dəyərləndirilə bilər, ancaq onun hərbi, radikal fəaliyyətləri dialoq və sülhün qurulmasına maneçilik törədir. HƏMAS-ın beynəlxalq aləmdə terror təşkilatı kimi tanınması onun təşəbbüslərinin legitimliyinə dair şübhələr yaradır. Bu da alyans yaratmaq və regional birliyi gücləndirmək istiqamətində heç də hər zaman effektiv nəticələr vermir. Bununla yanaşı, HƏMAS-ın siyasi və humanitar məsələlərdə daha konstruktiv və kompromisə hazır olmaması da problemdir. Bu, digər müsəlman ölkələrinin bu çağırışa ehtiyatla yanaşmasına səbəb olur və birliyin formalaşmasını çətinləşdirir. Hamının maraqlarını nəzərə alan, inklüziv və dialoqa açıq mövqe isə uzunmüddətli sülh üçün vacibdir".

Ekspert nəticə olaraq qeyd etdi ki, HƏMAS-ın çağırışı müəyyən dərəcədə regional həmrəylik, beynəlxalq müzakirələr üçün yeni imkanlar yarada bilər:

"Lakin öz fəaliyyətlərinin məhdudlaşdırılması, sülh yanaşmasını gücləndirməsi olmadan bu təşəbbüslərin uğur şansı məhduddur və regional aktorlar, həm İsrail, həm də HƏMAS daxil olmaqla, gələcəkdə daha balanslı və təmkinli addımlar atmalıdırlar".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
redaktor.az

2Источники