Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Bu gün Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyaya bir daha nümayiş etdirildiyi, iki qardaş xalqın çiyin-çiyinə döyüşərək qələbə qazandığı tarixi gündür. Düz 107 il əvvəl - 1918-ci ilin 15 sentyabrında türk və azərbaycanlı əsgərlər birlikdə Bakını işğaldan azad etdilər".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global"ın hazırladığı süjetdə bildirilir.
Qeyd edilir ki, türklər və azərbaycanlılar əvvəlcə 1915-ci ildə Çanaqqala döyüşlərində, üç il sonra isə Bakıda çiyin-çiyinə vuruşaraq şəhid oldular:
"Zaman keçdi, məkanlar dəyişdi, lakin dostluq və qardaşlıq əbədi olaraq qalır... 1915-ci ildə Osmanlı imperiyası Çanaqqalada həm quruda, həm də dənizdə müttəfiq dövlətlərə qarşı mübarizə aparırdı. Qardaş Azərbaycan da bu mübarizədə türklərin yanında oldu, yüzlərlə azərbaycanlı gənc döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Aradan üç il keçdikdən sonra - 1918-ci ildə isə bu dəfə türk ordusu Azərbaycanın köməyinə çatdı".
Süjetdə bundan sonra erməni silahlı dəstələrinin, bolşeviklərin və ingilislərin işğalı altında olan neftlə zəngin Bakıya yardım üçün Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın qardaşı Nuru Paşanı Azərbaycana göndərməsi, Çanaqqalada çiyin-çiyinə döyüşən iki qardaş ölkənin əsgərlərinin bu dəfə Bakını azad etmək üçün səngərlərə girdiyi vurğulanır.
"Bir tikə çörəyi bölüşdülər, yaralarını sarıdılar, lakin geri çəkilmədilər. Nuru Paşanın komandanlığı altında yaradılan Qafqaz İslam Ordusu Gəncədən Bakıya qədər bütün şəhər və kəndləri erməni dəstələri və bolşeviklərdən təmizlədi... Bu gün, 107 il sonra da Türkiyə və Azərbaycan orduları çiyin-çiyinədir. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" sözlərində ifadə olunduğu kimi, hər iki xalq hər zaman bir-birinin yanındadır", - deyə müəllif vurğulayıb.
Ətraflı süjetdə:
"Haber Global": "Çanaqqalada da, Bakıda da hər zaman çiyin-çiyinə"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.