RU

İrəvanda İran səfirinə “Dostluq” ordeni verildi

BAKI, 15 sentyabr. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan diplomatik missiyasını başa vuran İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhanini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ararat Mirzoyan bildirib ki, səfir Mehdi Sobhaninin fəaliyyət dövrü kifayət qədər çətin mərhələyə təsadüf etsə də, bu müddətdə Ermənistan və İran yalnız mövcud çətinlikləri dəf etməyib, həm də ikitərəfli münasibətlərdə mühüm nəticələr əldə ediblər.

Görüşdə Ermənistan-İran strateji tərəfdaşlığının inkişafı ilə bağlı görülən və nəzərdə tutulan işlər, o cümlədən infrastruktur, energetika və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər vurğulayıblar ki, Ermənistan-İran münasibətləri xalqlar arasında dostluğa, regional sülh üçün əhəmiyyətli olan prinsiplərə hörmətə və əsas məsələlərdə qarşılıqlı anlayışa əsaslanır.

Ermənistan XİN rəhbəri həmçinin, Ermənistan ilə İran arasında əməkdaşlığın dərinləşməsinə və dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfir Mehdi Sobhanini Ermənistan Prezidenti tərəfindən verilmiş "Dostluq" ordeni ilə təltif edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Избранный
40
1
teleqraf.com

2Источники