RU

"Tesla" bu ölkədə elektromobil istehsalını artırmağı planlaşdırır

Amerikanın elektrikli avtomobil istehsalçısı "Tesla" bu ilin sonuna kimi Almaniyadakı fabrikində istehsalı artırmağı planlaşdırır.

Avtosfer.az xəbər verir ki, bu barədə zavodun baş direktoru Andre Tiriq "DPA" xəbər agentliyinə bildirib.

"Hazırda çox yaxşı satış rəqəmlərimiz var, ona görə də biz istehsal planlarımızı nəzərdən keçirmişik və həcmi artırmaq niyyətindəyik. Biz 30-dan çox bazara məhsul tədarük edirik və bu ölkələrdə müsbət tendensiyanı açıq şəkildə müşahidə edirik", - deyə o qeyd edib.(iqtisadiyyat.az)

Избранный
16
1
avtosfer.az

2Источники