RU

Hulusi Kılıç: Zəngəzurla bağlı Türkiyənin şərti belədir - Azərbaycanın mövqeyi əsasdır

BAKI, 15 sentyabr. TELEQRAF

Zəngəzur tarixi Azərbaycan torpağıdır. Bu ərazilər 1921-ci ilin noyabrında keçmiş sovet dövründə Ermənistana verilib. Həmin torpaqların Ermənistan verilməsi siyasi qərar idi. Bununla da Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı bağlantı kəsilib.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Sabiq səfir bildirib ki, Azərbaycanın Türkiyə və türk dövlətləri ilə quru yolla olan bağlantısı məhz Zəngəzurun Ermənistana güzəştə gedilməsi kəsilib: “44 günlük müharibədən sonra 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmada (Azərbaycan-Rusiya və Ermənistan) Prezident İlham Əliyevin iradəsi ilə Naxçıvanla əlaqənin təmin edilməsi üçün xüsusi bir müddəa əlavə edilib. Bununla da üçtərəfli razılaşmanın 9-cu bəndində Zəngəzurdan keçməklə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru yolla bağlantınının təmin edilməsi üçün zəmin yaradılıb. Həmçinin bölgədə mövcud olan bütün kommunikasiya xətlərinin açılması istiqamətində vacib addım atılıb. Yüz il sonra Azərbaycanın tarixi torpaqları olan Zəngəzur üzərindən Naxçıvanla bir bağlantı formalaşıb”.

Hükusi Kılıç hesab edir ki, Naxçıvan gedib-gələn Azərbaycan vətəndaşları və daşınan yüklər hər hansı bir yoxlamadan keçməməlidir: “Azərbaycanın gözləntisi məhz bu prinsipə əsaslanır. Zəngəzurda açılan avtomobil və dəmir yolunda Azərbaycan üçün heç bir maneə olmamalıdır. ABŞ-lə Ermənistan arasında Zəngəzurdan keçən yolun açılması məsələsində bu amillər təmin edilməlidir. Əslində dəhlizin açılması ilə Naxçıvanla yanaşı Azərbaycanın Türkiyə və türk dünyası arasında bağlantısı qurulacaq. Bu baxımdan Türkiyə Azərbaycanın mövqeyini bölüşür”.

Избранный
13
1
teleqraf.com

2Источники