"Benfika"nın baş məşqçisi Brunu Laje "Qarabağ"la matç öncəsi mətbuat konfransında görüşlə bağlı fikirlərini bildirib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının Avropanın ən yaxşılarından biri olduğunu düşünür:

"Avropanın ən güclü komandalarından biriyik. Ötənilki çıxışlarımızı təkrarlamağı planlaşdırırıq. 3 xal qazanmağı hədəfləyirik. Azarkeşlər maraqlı qarşılaşmaya şahidlik edəcəklər. Yaxşı oynamalıyıq, Avropada uğurlu nəticələrə ümid edirik".

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.