RU

Əli Əsədov Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini ilə görüşüb

Bakı. Trend:

Sentyabrın 15-də Azərbaycan Respublikasının Baş naziri ƏliƏsədov Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət ŞurasınınÜmumçin Komitəsi sədrinin müavini Su Hui ilə görüşüb.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgəsəyləri nəticəsində iki ölkə arasında münasibətlərin dostluq,qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri üzərindəardıcıl şəkildə inkişaf etdiyi vurğulanıb.

Cari ilin aprel ayında hərtərəfli strateji tərəfdaşlıqəlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması iləAzərbaycan-Çin münasibətlərinin yeni mərhələyə qədəm qoyduğubildirilib.

Prezident İlham Əliyevin avqustun sonu - sentyabrın əvvəlindəÇin Xalq Respublikasına baş tutmuş işgüzar səfərinin iki ölkəarasında münasibətlərin daha da dərinləşdirilməsi və çoxtərəfliəməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeydedilib.

Görüşdə Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı maraq doğuranmüxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

Məqalədə:
Избранный
5
30
az.trend.az

10Источники