RU

Bolqarıstan Rusiyaya etiraz edib » AzadMedia.az


Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona Polşada PUA insidenti ilə əlaqədar yazılı demarş təqdim edilib.

Bu barədə Bolqarıstan XİN-in bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Bolqarıstan hökuməti Polşanın hava məkanının pozulmasını pisləyir və öz müttəfiqi və tərəfdaşı ilə həmrəyliyini ifadə edir.

Diplomatik idarə sentyabrın 13-də Rusiya PUA-sı tərəfindən Rumıniyanın hava məkanının pozulması ilə bağlı insidenti də analoji şəkildə şərh edib.

E.Mitrofanovanın sözlərinə görə, keçirilən görüşdə o bildirib ki, RF Müdafiə Nazirliyi Polşada Rusiya PUA-larının olmasını rəsmən təkzib edib, çünki qeyd olunan aparatların fiziki olaraq 700 kilometrdən artıq məsafəni qət edə bilməsi qeyri-mümkündür, həmçinin qarşıya Polşa ərazisində hədəflərin vurulması ilə bağlı heç bir tapşırıq qoyulmayıb.
Избранный
14
5
azadmedia.az

6Источники