RU

Ərdoğan: Fələstinin tanınması İsrailə qarşı sanksiyalar olmadan nəticə verməyəcək

BAKI, 15 sentyabr. TELEQRAF

İsrailin Qətərdə HƏMAS nümayəndələrinə hücumundan sonra baş nazir Benyamin Netanyahunun əsas məqsədi Fələstində qırğını davam etdirməkdir.
Teleqraf xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bildirib ki, İsrailə qarşı sərt sanksiyalar tətbiq olunmayınca Fələstinin beynəlxalq səviyyədə tanınması nəticə verməyəcək: "Əlbəttə, bəzi ölkələrin Fələstin dövlətini tanımaq niyyəti ilə bağlı bəyanatları müsbət addımdır. Bu, daha əvvəl də edilməli idi. Lakin İsrailə qarşı konkret və sərt sanksiyalarla dəstəklənməyincə, belə addımların nəticə verəcəyi ehtimalı azdır" .

Избранный
14
teleqraf.com

1Источники