RU

Türkiyədə qədim Ani körpüsünün Ermənistana nə aidiyyəti var?..


Faiq Ələkbərli: “Ani körpüsü, Ani şəhərinin indiki Ermənistana heç bir aidiyyəti yoxdur”

Məlumdur ki, son zamanlar Türkiyə - Ermənistan münasibətlərinin tənzimlənməsi müzakirə olunur. Bu arada erməni türkoloqVarujan Qeqamyan Türkiyədəki Ani körpüsü ilə bağlı fikir bildirib. O qeyd edib ki, Ermənistan üçün praktiki əhəmiyyət kəsb etməyən Ani körpüsünün adının çəkilməsinin bir məqsədi var:

“Məqsəd Ani şəhəri və Qərbi Ermənistanla bağlı ermənilərin emosional yaddaşına toxunmaq və bununla da ictimaiyyətin diqqətini danışıqların qalan məqamlarından yayındırmaq, Ermənistanı Türkiyənin təsir dairəsinə cəlb etməkdir. Əslində, bizdə olanları götürməyi asanlaşdırmaq üçün bizə bərpa illüziyası yaradaraq itirilmiş vətənlə simvolik əlaqə təklif edirlər”.

Maraqlıdır, Türkiyədəki Ani körpüsünün Ermənistana hər hansı bir aidiyyəti varmı? Məgər qədim Ani şəhəri erməni şəhəridir?

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan Azərbaycan və ya Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, uydurmalardan əl çəkməlidir: “Xüsusilə, Ağrı dağı məsələsi, Ani körpüsü və digər məsələlərdən uzaq durmalıdır. Məlum fikri səsləndirən türkoloq bütün bu proseslərin ermənilərin əleyhinə yönələcəyini iddia edir. Ani körpüsünün ermənilərə aid olması qətiyyən doğru deyil. O vaxt Anidə xristianlar, müsəlmanlar və digər etnik qruplar yaşayıb. Bunu sırf indiki Ermənistanla əlaqələndirmək doğru deyil. Varujan Qeqamyan iddia edir ki, zamanla Ani körpüsü ermənilərin yadından çıxacaq. Tarixə nəzər salmaq kifayət edir görəsən ki, erməni türkoloqun fikri yanlışdır. Ani körpüsü, Ani şəhərinin indiki Ermənistana heç bir aidiyyəti yoxdur. Dediyim kimi, vaxtilə Ani şəhərində türklər, xristianlar və digər millətlərin nümayəndələri də yaşayıb. Bu o demək deyil ki, Ani Ermənistana aid olub, onların torpağı olub. Onlar belə mülahizələrdən və uydurmalardan əl çəkib normal həyata dönməlidir. Yoxsa ermənilərin Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırması çətin olacaq”.

Günel CƏLİLOVA

Избранный
46
baki-xeber.com

1Источники