RU

"Qalatasaray"da Mario Lemina sürprizi

Türkiyə Super Liqasında "Eyüpspor"u 2:0 hesabı ilə məğlub edən "Qalatasaray" UEFA Çempionlar Liqası çərçivəsində səfərdə "Ayntraxt Frankfurt"la matçın hazırlıqlarını davam etdirir.

“İki sahil” Türkiyənin "Sabah" nəşrinə istinadla xəbər verir ki, qarşılaşmadan əvvəl sarı-qırmızıların qabonlu yarımmüdafiəçi Mario Lemina  ilə bağlı sürpriz hadisə yaşanıb. Afrika mediası "Cim-Bom"un Leminanın müqaviləsini daha bir il uzatmaq üçün danışıqlara başladığını yazıb.

1,5+1 illik müqavilə imzalanan qabonlu futbolçu ilə daha bir illik müqavilə imzalanması gözlənilir.  Xəbərdə təcrübəli yarımmüdafiəçinin hazırkı məvacibinin artırılacağı da bildirilib.

Избранный
9
ikisahil.az

1Источники