“Mançester Yunayted” bu mövsüm 4 xalla Premyer Liqaya start verib.
Fanat.Az xəbər verir ki, bu, "qırmızı şeytanlar"ın 1992/93 mövsümündən bəri ən bərbad başlanğıcı hesab olunur.
Həmin vaxt ser Aleks Ferqyusonun rəhbərliyi altında komanda ilk 4 oyunda cəmi 4 xal toplamışdı.
Hazırkı nəticələr:
- “Mançester Yunayted” 0:1 “Arsenal”
- “Fulhem” 1:1 “Mançester Yunayted”
- “Mançester Yunayted” 3:2 “Börnli”
- “Mançester Siti” 3:0 “Mançester Yunayted”
İngiltərə təmsilçisinin azarkeşləri isə bu durumdan olduqca narazıdır.
Kamil Xudiyev