RU

Xalq artistinin nəşi Azərbaycana gətirilir

Azərbaycan mədəniyyətinə dəyərli töhfələr vermiş, unudulmaz ifaları və səhnə rolları ilə xalqın dərin məhəbbətini qazanmış Xalq artisti Hacı Murad Yengizarovun nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah – 15 sentyabr 2025-ci il tarixində Vətənə gətiriləcək.

News24.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, sənətkarın cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.

Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra görkəmli sənətkarın nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Hacı Murad Yengizarov uzun illər ərzində Azərbaycan teatr və kino sənətində silinməz izlər qoymuş, yaratdığı obrazlarla milli səhnə mədəniyyətimizin inkişafına töhfə vermişdir. Onun zəngin yaradıcılığı, yüksək peşəkarlığı və sənətə bağlılığı aktyor nəsilləri üçün nümunə olaraq daim xatırlanacaq.

Xatırladaq ki, Hacı Murad Yengizarov sürən xəstəlikdən sonra sentyabrın 13-də Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

Избранный
82
27
news24.az

10Источники