RU

Sahibə Qafarova Ümumçin Komitəsinin sədr müavini ilə görüşdü

Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsinin sədr müavini Su Huinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildiriblər ki, görüşdə Sahibə Qafarova Azərbaycanla Çin arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışıb. Bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dərinləşməsində və inkişafında dövlət başçılarının görüşlərinin və imzalanmış sənədlərin mühüm rolu var. Qeyd edilib ki, Prezident İlham Əliyevin Çinə son dövlət səfəri ikitərəfli münasibətlərin dərinləşməsində tarixi mərhələni təşkil edir.

Qeyd edilib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir, beynəlxalq təşkilatlarda bir-birinin maraqlarını müdafiə edir.

Görüşdə Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında qurulan müntəzəm təmasların ikitərəfli siyasi münasibətlərin inkişafında rolundan, Azərbaycanın Çin Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkə kimi bu istiqamətdə həyata keçirdiyi layihələrdən, Orta Dəhlizin inkişafı istiqamətində birgə əməkdaşlığın əhəmiyyətindən söz açılıb.

Söhbət zamanı iqtisadi, ticarət, humanitar, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsindən məmnunluq ifadə olunub.

Azərbaycan və Çin parlamentləri arasında əməkdaşlığın əhəmiyyətindən danışan S.Qafarova qeyd edib ki, Milli Məclis Çindən olan həmkarları ilə əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi önəm verir. Bu sahədə hər iki ölkənin parlamentində fəaliyyət göstərən qarşılıqlı əlaqələr üzrə işçi qrupları mühüm rol oynayır.

Избранный
14
18
publika.az

10Источники