RU

Qarın yağlarından qurtulmağın qarşısını alan 5 əsas səhv - Həkim açıqladı

Tibb elmləri doktoru Frank Dümon qarın yağlarından qurtulmaq uğrunda cəhdlərində insanların etdiyi əsas səhvləri və arzulunan nəticələrə çatmaq üçün nə etmək lazım olduğunu açıqlayıb.

HİT.az-ın məlumatına görə, o, "EatThis" portalı üçün məqaləsində qeyd edib ki, qida qəbulunun azaldılması və fiziki fəaliyyətin artırılması sağlam və davamlı çəki itkisinə səbəb olmur. O, bu yanaşma ilə xəstələrin çəki itirməkdə çətinlik çəkdiyini və onu saxlamağın daha da çətin olduğunu göstərən çoxsaylı tədqiqatlara istinad edir. Və buna bir neçə səbəb var:

Orqanizminiz yığım rejiminə keçir: Əgər siz kaloriya çatışmazlığı yaratmaq üçün daha az yeyir və daha çox idmanla məşğul olursunuzsa, o, siz onu atmğa çalışdığınız zaman belə yağ yığmağa çalışır.

Siz yorğunluq hiss edirsiniz: Əgər siz kaloriyanı yandırmaq üçün məşq edirsiniz və eyni zamanda onun qəbulunu məhdudlaşdırırsınızsa, orqanizminiz enerjiyə qənaət edir, yorğunluq hissi yaradır və məşqləri yerinə yetirməyi daha da çətinləşdirir.

Siz öz fizioloji təbiətinizlə mübarizə aparırsınız: Əgər siz çəki itirməyə elə cəhd edirsinizsə ki, orqanizminiz hər addımda sizə müqavimət göstərir, təəccüblü deyil ki, əksər insanlar zamanla sadəcə təslim olur və pəhrizdən əvvəl etdiklərinə qayıdır.

Dümon çəki itirməyinizin qarşısını alan 5 əsas səhvi açıqlayıb:

1. Siz ancaq çəkiyə baxırsınız - Çəki bütün şəkili göstərmir və bədən tərkibi çəkidən daha vacibdir. Əgər siz ancaq çəkiyə baxırsınızsa, bədən tərkibini, yağ itirilən yeri və itirilən yağın növünü nəzərə almırsınız.

2. Siz düşünürsünüz ki, çəki itkisi hər şeyi həll edəcək - Çoxları çəki itkisinin onların sağlamlığını yaxşılaşdıracağına və digər problemləri həll edəcəyinə inanır. Lakin piylənmə, və xüsusən də qeyri-sağlam qarın piylənməsi və qarın yağı, metabolik və emosional daxil olmaqla, gizli problemlərin simptomudur.

3. Siz öz metabolizminizi düzəltmədən kaloriya çatışmazlığı yaradırsınız - Dümonun qeyd etdiyi kimi, müşahidələr kaloriya çatışmazlığı yanaşmasının uzunmüddətli perspektivdə işləmədiyini və arzulanan sağlamlıq yaxşılaşmasına gətirib çıxarmadığını sübut edib.

"Əgər siz öz pəhrizinizi dəyişmirsinizsə və yemək səbəblərinizi dəyişmirsinizsə, problemin kökünü həll etmirsiniz. Əgər siz ancaq nə qədər yediyinizə və fiziki məşqlər zamanı nə qədər kaloriya yandırdığınıza diqqət yetirirsinizsə, hər hansı bir uğur ehtimal ki, qısamüddətli olacaq", deyə o vurğulayır.

4. Siz rəqəmlərə deyil, sağlamlığa diqqət yetirirsiniz - Bəli, rəqəmlərin azalmasını və bədən dəyişikliklərini müşahidə etmək maraqlıdır, lakin sağlam çəki itkisinin həqiqi məqsədi davamlı və sağlam şəkildə arıqlamaq və nəticədə ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırmaqdir, deyə həkim qeyd edir.

Bu problemin kökünün aradan qaldırılması deməkdir: metabolik pozuntular və orqanizmin ehtiyaclarına uyğun gəlməyən qida məhsullarının seçimi. Əgər siz əsas problemləri həll etsəniz, o zaman yağı düzgün və daha davamlı şəkildə itirə bilərsiniz.

5. Siz çox səylə məşq edirsiniz - "Əgər sizi ancaq kaloriyanın yandırılması maraqlandırırsa, bəlkə də daha intensiv yüklərmə ilk baxışdan məntiqlidir. Amma bu, metabolik pozuntuları və piylənməsi olan orqanizmin ehtiyacı deyil", deyə Dümon qeyd edir.

O, vurğulayır: gündən-günə təhlükəsiz şəkildə həyata keçirilə bilən və həqiqətən zövq verən üsulla məşq etmək lazımdır. İdeal olaraq, aşağı intensivlik zonalarında məşq etmək lazımdır ki, bu da orqanizmin karbohidratları və yağları yanacaq kimi daha yaxşı yandırmasına imkan verir. Bu, orqanizmi pozulmuş metabolizmanın bərpasına stimullaşdırır.

Qarın nahiyəsindəki yağdan qurtulmaq üçün nə etmək lazımdır?

* Diqqətinizi çəkiyə və ya görünüşə deyil, sağlamlığınızı yaxşılaşdırmağa yönəldin. Unutmayın ki, çəki problemin kökü deyil.

* Öz uğurunuzu qiymətləndirmək üçün həqiqətən nəyi izləməyiniz lazım olduğunu həkimlə müzakirə edin.

* Metabolizminizin ehtiyaclarına uyğun gələn və öhdəsindən gələ biləcəyiniz məhsullardan istifadə edin. Nə qədər yediyinizə deyil, nə yediyinizə diqqət yetirin.

* Məşqə ağılla yanaşın. Tədricən artıra biləcəyiniz, sizin üçün təhlükəsiz olan məşqləri seçin. Aşağı intensivlikli məşqlərə diqqət yetirin.

Bu məsləhətlər ümumi xarakter daşıyır və fərdi tibbi məsləhət əvəz etmir. Hər hansı bir pəhriz və ya məşq proqramına başlamazdan əvvəl həkiminizə və ya dietoloqunuza mütləq məsləhət alın.

Samir

Избранный
25
hit.az

1Источники