RU

Hansı klublar çempionluq üçün oynayacaq AÇIQLAMA

ain.az, Baku.ws saytına istinadən bildirir.

"Ötən il yerli çempionatda bəzi komandalar yuxarı yerlər uğrunda mübarizədə açıq-aşkar geridə qalırdılar. Yalnız iki-üç komanda var idi ki, yalnız 4 komanda bu yerlər uğrunda mübarizə aparmağa yaxın idilər".

Bu sözləri BAKU.WS-ə açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov bildirib.

O əlavə edib ki, bu il klubların oyununa baxsaq görürük ki, hətta autsayderlərlə qarşılaşmaa əvvəlcədən kimin qalib gələcəyini bilmək olmur:

"Neftçi", "Zirə", Sabah və "Araz Naxçıvan" bu klublarla qarşılaşamada güclü müqavimətlə üzləşirlər.

Bu o deməkdir ki, yeni gələn komandalar heyətini ligonerlərlə komplektləşdirməyi bacarıblar və bu da həmin klubların oyununa birbaşa təsir göstərir.

Amma kimin daha yuxarı yerlər uğrunda mübarizə aparacağını təxmin etsək, ilk növbədə "Qarabağ"ın adını çəkə bilərik. Baxmayaraq ki, onlar üçün bu mövsüm start o qədər də uğurlu olmayıb. Lakin çempionatın favoriti Ağdam təmsilçisidir.

Çempionatın əvvəli göstərdi ki, bu il qalibiyyət əldə etmək heç də asan olmayacaq. Mövsümün sonuna kimi hansı klubun heyəti davam gətirəcəksə, onlar da uğur əldə edəcəklər".

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
baku.ws

2Источники