"Turan-Tovuz" Premyer Liqada növbəti qələbəsini qazandı.
Kurban Berdiyevin yetirmələri "Qəbələ"ni minimal hesabla məğlub etməyi bacardı - 1:0.
Matçdan sonra Qərb təmsilçisinin rəhbəri Ehtiram Quliyev paltardəyişmə otağında çıxış edərək futbolçuları təbrik edib.
Amma başqanın fikirləri azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.
Xüsusilə onun "Bu gün möhtəşəm oynadınız" cümləsi fanatlarda qıcıq yaradıb.
Onlar narazılığını sosial şəbəkə hesablarından yazdıqları rəylərdə bildiriblər:
"Mən möhtəşəm oyun görmədim".
"Buna oyun deyirsiniz?".
"Tovuzluyam, amma heç ürəyə yatan oynamırsız".
"Nəyi möhtəşəmdir?
"Qəbələ" üstün tərəf idi". "Ehtiram müəllim, nə olardı ki, məşqçilərə deyərdin düz-əməlli oyun oynadın".
"Siz deyəsən köhnə oyuna baxmısınız".
XANOĞLAN / SPORTİNFO.AZ