RU

Birincilərin günü...VİDEO

Əllərində gülləri… Çiyinlərində 3 rəngli bayrağımız… Bu gün küçələri səliqəli geyimli, bəzisi ağ bantlı bu balacalar bəzədilər… Dərsə sevinə-sevinə gələnlər də oldu..Məktəbə gəlmək istəməyib ağlayanlar da....

Xezerxeber.az xəbər verir ki, yeni dərs ilinin ilk günü paytaxt məktəbləri həm də bu görüntülərlə yadda qaldı. 

Məktəbə hazırlıq üçün gələnlərlə bərabər, nə üçün gəldiyini bilməyənlər də var idi.

Bəziləri isə məktəbə ilk dəfə gəlsələr də, indidən özlərinə peşə seçimi də ediblər.

Uşaqlar qədər valideyn və müəllimləri də çox həyəcanlı idilər.

Qeyd edək ki, yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq. Həmçinin bu ildən Bakı məktəblərində kağız jurnallar ləğv olunur və "rəqəmsal məktəb" platforması fəaliyyətə başlayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
34
xezerxeber.az

1Источники