RU

Macarıstan Çinin Atom Enerjisi Agentliyi ilə saziş imzalayıb

Macarıstan Çinin Atom Enerjisi Agentliyi ilə saziş imzalayıb və bu, iki ölkə arasında nüvə sahəsində əməkdaşlıq üçün böyük potensial açır.

"Report" xəbər verir ki, bu barədə MTI agentliyi Macarıstanın xarici işlər naziri Peter Siyartoya istinadən məlumat yayıb.

"Nazir Çinin Atom Enerjisi Agentliyi ilə sazişin imzalandığını elan edib ki, bu da Macarıstan və Çin arasında nüvə enerjisi, təhlükəsizlik və innovasiya sahəsində ciddi əməkdaşlıq potensialı deməkdir", - məlumatda deyilir.

Siyarto onu da qeyd edib ki, Macarıstanın nüvə enerjisinin onun milli maraqlarına cavab verən Şərq və Qərb arasında sivil əməkdaşlığın bərpası üzrə əsas ola biləcəyini sübut etmək üçün hər cür şansı var.
Избранный
18
6
sherg.az

7Источники