
“İlon Mask öz elektrik avtomobil şirkəti “Tesla”nın səhmlərini təxminən 1 milyard dollara alıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına istinadən “Bloomberg” agentliyi məlumat yayıb.
Komissiya saytında dərc olunan sənədlərə görə, milyarder 371-396 dollar arasında dəyişən qiymətlərlə 2 milyondan çox aktiv alıb. Nəşrin məlumatına görə, bu əməliyyatdan sonra şirkətin səhmləri birjadankənar ticarətdə 7,3%-ə yüksəlib.