RU

Millimizə qol vuran ukraynalı "Benfika"da debütünü "Qarabağ"la görüşdə edə bilər

"Benfika"nın baş məşqçisi Bruno Laji Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi komandanın heyətində və taktikasında dəyişiklik etmək niyyətindədir.

İdman.biz-in Record-a istinadən verdiyi məlumata görə, “Santa Klara” ilə görüşdə (1:1) xal itkisi məşqçilər korpusunu düzəlişlər barədə düşünməyə vadar edib.

Son oyunda kobud səhvə yol verən, lakin azarkeşlərin dəstəyini özündə saxlayan və müdafiəyə başçılıq etməyə hazır olan Niko Otamendiyə xüsusi diqqət yetirilir. Əsas yeniliklərdən biri ukraynalı Georgi Sudakovun ilk dəqiqələrdən meydana çıxması ola bilər. Bu yaxınlarda 27 milyon avroya transfer olan futbolçu artıq Ukrayna millisində qol vurmağı bacarıb və hazırda yüksək hazırlıqlı formadadır.

Mətbuatda yayılan məlumatlara görə, Laji "Santa Klara"ya qarşı işləməyən 4-4-2 sxemindən imtina etməyə hazırlaşır. Vangelis Pavlidis böyük ehtimalla yeganə hücumçu olacaq və yarımmüdafiə sahəsindəki dəyişikliklər müdafiənin cinahlarına da təsir edə bilər. Mümkün həll yolları arasında Aursnesdən sağ müdafiəçi kimi istifadə etmək və ya Tomas Araujuya güvənmək daxildir.

Qeyd edək ki, Georgi Sudakov Ukrayna millisinin heyətində sentyabrın 9-da Bakıda keçirilən DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qapısına qol vurub.

“Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-da “Estadio da Luz” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.biz

Избранный
27
1
idman.biz

2Источники