RU

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə hərəkətdə olan avtomobil sərnişin daşıyan mikroavtobusla toqquşub.

Qəza zamanı 1961-ci il təvəllüdlü Rəna Zeynalova, 1992-ci il təvəllüdlü Taleh Ələkbərov və 1987-ci il təvəllüdlü Səxavət Mikail-zadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Избранный
59
1
bizim.media

2Источники