RU

Mülkiyyətində olan avtomobil əlindən alınaraq başqasına verildi...VİDEO

2 il əvvəl alaraq mülkiyətinə keçirdiyi avtomobil əlindən alındı. Hadisə Masallının Təzəkənd kənd sakini Ağaddin Qafarovun başına gəlib. O iddia edir ki, avtomobilini Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhruz İbayev alaraq başqasına verib.

Başlarına gələn qalmaqallı hadisə ilə bağlı ''Xəzər Xəbər''ə danışan Ağaddin Qafarov deyir ki, 2023-cü ilin iyul ayında atasının istifadəsi üçün Sumqayıt şəhərindən 50 EB 895 dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobil alıb. Elə həmin ilin avqust ayının 25-də, yəni maşını alandan cəmi 25 gün sonra avtomobili atasının mülkiyətinə keçiriblər və ona yeni 44-CX-864 dövlət nömrə nişanı alıblar. Ağaddin Qafarov bildirir ki, atasının adına rəsmiləşdirilən avtomobili 2 ilə yaxın heç bir maneə olmadan idarə ediblər. Lakin bu ilin avqustunda gözlənilməz vəziyyətlə qarşılaşıblar.

O iddia edir ki, Masallı rayon İcra Məmuru Bəhruz İbayev bu ilin avqust ayının 28-də onun atasına zəng edərək avtomobillə rayon İcra və Probasiya şöbəsinə yaxınlaşmağı tələb edib. Atası da avtomobillə birgə Bəhruz İbayevin yanına gedib. Onlara deyilib ki, avtomobillə bağlı məhkəmə hökmü var. Başqa sözlə onların mülkiyətində olan avtomobil alınaraq, illər əvvəlki sahiblərindən birinə qaytarılmalıdır.

Ağəddin Qafarov iddia edir ki, onlara ümumiyyətlə avtomobilin içərisindəki əşyalarını boşaltmağa belə icazə verilməyib.

Hətta maşının saxlanc yerindəki 2500 manatları da götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
23
xezerxeber.az

1Источники