RU

Baş ağrısının əsas səbəbi əzələgərginliyidir

Gərginlik tipli baş ağrısı çox geniş yayılıb və adətən baş, boyun və çənə əzələlərinin gərginliyi səbəbindən yaranır.

Redaktor.az xəbər verir ki, bu barədə həkim-terapevt Aygül Arslanova aif.ru-ya məlumat verib.

Onun sözlərinə görə, ağrını azaltmaq üçün reseptsiz satılan dərmanlar məsələn, ibuprofen və ya parasetamol kömək edə bilər. Bundan əlavə, stressi idarə etməyə imkan verən metodlar meditasiya, yoqa və nəfəs məşqləri də faydalıdır.

Arslanova bildirib ki, fiziki aktivlik də belə ağrılarda əhəmiyyətlidir. Daimi idman hərəkətləri qan dövranını yaxşılaşdırır, gərginliyi azaldır və əhvalı yüksəldir. Boyun və baş masajı, eləcə də dartınma hərəkətləri isə əzələlərin boşalmasına və ağrının azalmasına kömək edir.

Aytəkin TOFİQQIZI

Избранный
27
1
redaktor.az

2Источники