RU

Netanyahu: "Çin və Qətər İsrailin legitimliyinə hücum etməyə hazırlaşırlar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qəzza zolağında gedən müharibə səbəbindən İsrail iqtisadi təcrid dövrünə qədəm qoyur".
Oxu.Az-ın "Kommersant" nəşrinə istinadən verdiyi xəbərə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin dövlət katibi Marko Rubio ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Xüsusilə, o hesab edir ki, Çin və Qətər İsrailin legitimliyinə hücum etməyə hazırlaşırlar:
"Bir neçə ölkənin təşkil etdiyi mühasirədən çıxmaq üçün işlər görməliyik. Onlardan biri Çin, digəri Qətərdir. Onlar Qərb dünyasının sosial şəbəkələrində İsrailin legitimliyinə hücum təşkil edirlər".
Baş nazir əlavə edib ki, dünya bloklara bölünüb və İsrail onların heç birinə daxil deyil. Eyni zamanda, onun sözlərinə görə, ölkə öz potensialına arxalanaraq və ABŞ-nin dəstəyindən yararlanaraq təcriddən çıxmağa qadirdir.
Избранный
86
50
oxu.az

10Источники