RU

"Arsenal" "Barselona"nın ulduzunu transfer etmək istəyir

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandaya yaradıcılıq və təcrübə qatmaq üçün yeni futbolçu transfer etmək niyyətindədir.

90deqiqe.Az-ın "Transfer News Live"yə istinadən məlumatına görə, London klubu “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqu yaxından izləyir.

28 yaşlı futbolçunun “Barselona” ilə mövcud müqaviləsi 2025/26 mövsümünün sonuna qədərdir. Bu isə o deməkdir ki, gələn yay niderlandlı futbolçu azad agent statusu qazanacaq. Klub rəhbərliyi üçün daha sərfəli variant ola bilər ki, futbolçunu qış transfer pəncərəsində satsın və altı ay sonra onu pulsuz itirməsin.

Transfermarkt portalının məlumatına görə, Frenki de Yonqun hazırkı bazar qiyməti 45 milyon avrodur.

Избранный
49
90deqiqe.az

1Источники