RU

İntihar xəbərlərinə belə cavab verdi “Məni öldürməyə çalışırlar?”

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Barəsində intihar xəbərləri yayılan məşhur türkiyəli aktyor Ufuk Özkan iddialara cavab verib.

“Qafqazinfo” xəbər verir ki, o, “Gazete Magazin”ə xəbərləri təkzib edib:

“Məni öldürməyə çalışırlar? Yayda ağır rejimdə işlədim. Üz dərimdə ekzema xəstəliyi yarandı. Düşünürəm ki, studiya qrimi ilə bağlı meydana gələn bir şeydir. Buna görə vaxtaşırı xəstəxanaya girib-çıxıram. Evdə dincəlirəm. İki gündən bir yoxlanıram”.

Xatırladaq ki, dünəndən bəri aktyorun intihara cəhd etdiyi barədə iddialar yayılıb.

U.Özkan uzun müddətdir üçüncü dərəcəli qaraciyər sirrozundan əziyyət çəkir.

O, “Geniş aile”, “Zengin kız, fakir oğlan”, “Kalk gidelim”, “Hayat bazen tatlıdır” kimi seriallarda rol alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
2
qafqazinfo.az

3Источники