Onun məhz Araz Ağalarovla sıx əlaqələrinin olması və Azərbaycandiasporu ilə yaxınlığı səbəbindən vəzifəsinin “vurulduğu” deyilir.
Ajans.az xəbər verir ki, bu barədə “Xronika Kavkaz” teleqram kanalı məlumat yayıb. Qeyd olunub ki, o bu vəzifəyə RusiyaPrezidenti Vladimir Putinin sərəncamıilə təyin olunub. Məlumata görə, Kazakovanın bundan sonra DİN-də əsas qərarları qəbuletməsi gözlənilmir və onun fəaliyyəti daimi nəzarətdə olacaq. Bildirilir ki, Kazakovaya miqrasiya sahəsindəki uğursuzluqlar, Azərbaycandiasporu ilə əlaqələri, eləcə də iş adamıAraz Ağalarovun restoranında qızının toyunu təşkil etməsi xatırladılıb.