RU

Yusif Mustafayevin 70 illik yubileyidir - Foto

Əməkdar artist Yusif Mustafayevin 70 yaşı tamam olur.

News24.az xəbər verir ki, Y.Mustafayev 1955-ci ildə Cəlilabadın Hacıismayıllı kəndində doğulub.

Uşaq yaşlarından musiqi ilə yaxından tanış olmağa başlayıb və 80-ci illərdən toy-şadlıq məclislərinə dəvətlər alıb. Həmin illərdən bəri xalqın ona rəğbət qazandıracağı mahnıları yazıb ifa edir. 

Repertuarında xalq, bəstəkar mahnıları və muğam təsnifləri üstünlük təşkil edir.

2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti adına layiq görülüb.

Evlidir. 3 övladı var.

Qeyd edək ki, sənətçinin oğlu Tərlan Mustafayev də estrada mahnılarındakı ifaları ilə tanınır.

Избранный
106
1
news24.az

2Источники