RU

Bir neçə ölkə NATO-nun təşəbbüsünə qoşulacaq

BAKI, 16 sentyabr. TELEQRAF

Dörd ölkə (İspaniya, İtaliya, Böyük Britaniya və İsveç) Şimali Atlantika Alyansının “Şərq keşikçisi” təşəbbüsünə qoşulmaq planlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun saytında məlumat yayılıb.

“Danimarka qırıcı təyyarələr və hava hücumundan müdafiə freqatı təqdim edəcək, İspaniya və Böyük Britaniya isə tezliklə öz dəstəkləri barədə elan edəcəklər. İtaliya və İsveç də yardım göstərəcəklərini bildiriblər”, - məlumatda deyilir.

Bildirilir ki, təşəbbüs çərçivəsində Çexiyadan üç helikopter gəlib. Almaniya da dörd ədəd “Eurofighter” qırıcı təyyarəsi ayırıb.

Избранный
12
teleqraf.com

1Источники