RU

Tramp Milli Qvardiyanı Memfis şəhərinə göndərməklə bağlı əmr imzalayıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vaşinqton, 16 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tennessi ştatının Memfis şəhərindəki cinayətlə mübarizəyə rəhbərlik etmək məqsədi daşıyan Memfis Təhlükəsiz üzrə Operativ Qrupu yaratmaq haqqında əmr imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, ABŞ Prezidenti bu məqsədlə Milli Qvardiyanı Memfisə göndərəcəyini deyib. O, bildirib ki, Milli Qvardiya ilə yanaşı qrup tərkibində Narkotiklərlə Mübarizə İdarəsi, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi, Alkoqol, Tütün, Odlu silah və Partlayıcı Vasitələr üzrə Büro və ABŞ Marşal Xidmətinin əməkdaşları da olacaq. Prezident əlavə edib ki, operativ qrup paytaxt Vaşinqtonda cinayətkarlıqla mübarizə sahəsində görülən işləri icra edəcək. O, yaxın vaxtlarda Çikaqoya da oxşar federal operativ qrup göndərməyi planlaşdırdığını açıqlayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
5
azertag.az

6Источники