Gələn il dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 3 milyard 553,6 manat ayrılması proqnozlaşdırılır.
APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb.
Beləliklə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərin büdcədə xüsusi çəkisi 8,6 faiz olacaq.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclər 2025-ci illə müqayisədə 361,6 milyon manat, yaxud 11,3 faiz qədər çox olacaq. 2025-ci ildə büdcədə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclər 3 milyard 192 milyon manat nəzərdə tutulub.