BAKI, 16 sentyabr. TELEQRAF
Azərbaycan hökuməti 2026-cı ildə ölkədə 134,1 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunacağını proqnozlaşdırır.
Teleqraf xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb.
Məlumata görə, bunun 101,7 milyard manatlıq hissəsinin qeyri-neft-qaz sektorunun payına düşəcəyi gözlənilir.
Beləliklə, gələn il ölkədə iqtisadi artımın 3,2 %, o cümlədən qeyri-neft-qaz sektorunda 8,8 % təşkil edəcəyi proqnozlaşdırılır.