RU

UNEC-də magistratura səviyyəsində dərs günlərinin sayı artırılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura səviyyəsində dərs günlərinin sayı artırılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Teleqraf-a universitetdən məlumat verilib.

Bildirilib ki, bu ildən etibarən yalnız UNEC-də deyil, ümumilikdə respublika üzrə magistratura səviyyəsində dərs saatları həftəlik 12 saata yüksəldilib.

Bu səbəbdən magistrantlar həftədə üç dəfə dərsə gəlməlidirlər.

Məlumata görə, dəyişiklik magistratura təhsilinin təsnifat standartlarına əsasən həyata keçirilib.

Избранный
34
azedu.az

1Источники