RU

Ukraynada müharibə tezliklə bitəcək? – Gözlənilməz açıqlama

“Ukrayna Rusiya ilə müharibənin son mərhələsinə yaxınlaşır”.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı, Milli Təhlükəsizlik Komitəsinin üzvü Fedor Venislavski danışıb. Onun sözlərinə görə, bu, parlamentdə müəyyən qərarların qəbulunda müşahidə olunan konsolidasiyadan da görünür.

“Hazırda açıq şəkildə görünür ki, müharibə başa çatmağa doğru gedir. Bunu kimsə qəbul edir, kimsə isə yox, amma faktiki olaraq biz bu istiqamətdə irəliləyirik”, — Venislavski qeyd edib.

Deputatın sözlərinə görə, Rada daxilində də dəyişikliklər nəzərə çarpır. Belə ki, müharibənin ilk mərhələsində hərbi qanun layihələrinin səsverməsi sürətlə baş tuturdu, indi isə bu prosesdə müəyyən fərqlər yaranıb.

Xatırladaq ki, Rusiya tərəfi NATO-ya qarşı yeni hədələrlə çıxış edib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, NATO ölkələrinin Ukrayna üzərində Rusiya dronlarını vurması “Alyansın Rusiya ilə müharibəyə cəlb olunması” deməkdir.

Moskva xüsusilə Polşanın xarici işlər naziri Radoslav Sikorskinin açıqlamasından narazıdır. Nazir bildirmişdi ki, Rusiya pilotsuz uçuş aparatlarının və raketlərinin Ukrayna üzərində vurulması, onların Polşa və digər ölkələrin hava məkanına keçməsinin qarşısını almaq baxımından müzakirə edilməlidir. Bu bəyanat Kreml tərəfindən sərt reaksiya ilə qarşılanıb və Medvedev NATO-ya açıq şəkildə savaşla hədələyib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında sülhün əldə olunması üçün “sülh göyərçini” olmaq niyyətində olduğunu vurğulamışdı.

//Samir Qurbanov, Editor.az

Избранный
21
editor.az

1Источники