Kardioloq Maqdalena Perelyo ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara menyularına soğan daxil etməyi tövsiyə edib.
Redaktor.az xəbər verir ki, onun sözlərini 20minutos nəşri yayıb.
Mütəxəssisin izahına görə, bu ucuz tərəvəz təbii antioksidant olan kversetinlə zəngindir. Maddə qan təzyiqini, qandakı xolesterin səviyyəsini və bədəndə ümumi iltihabı azaldır. Bundan əlavə, soğan kalium, lif və vitaminlərlə də zəngindir.