RU

Qvardiola onu heyvanla müqayisə etdi

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Siti”nin baş məşqçisi Psep Qvardiola “Mançester Yunayted”lə derbidə Fil Fodenin oyununu yüksək qiymətləndirib. SİA xəbər verir ki, o, ingilis futbolçunu heyvanla müqayisə edib: “Keçən mövsüm bizə Fildən belə oyunu çox çatmırdı. Mən ötürmələri bu qədər yaxşı verə bilən futbolçuları sevirəm. Foden topu ötürüb yerində donub qala bilər, sadəcə baxar ki, top ünvanına çatır. Əks halda, Fil heyvan kimi rəqibin cərimə meydançasına atılacaq, çünki qol vurmaq istəyir. Alınmayanda isə əsəbiləşir. Ümid edirəm, bu mövsüm Fodeni tez-tez zədələr narahat etməz və o, özünü daha yaxşı tərəfdən göstərə bilər”.

Qeyd edək ki, ingiltərəli futbolçu Premyer Liqanın dördüncü turunun matçında hesabı açıb, görüş isə “Siti”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
2
sia.az

3Источники